CƏMİYYƏT


Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında önəmli rol oynayır

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet sahələrindəndir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov “Multikulturalizm ili” çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Professor 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini bildirib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ölkəmizdə bir çox millətlərin və dini konfessiyaların nümayəndələri mehriban ailə kimi yaşayırlar.

Azərbaycanın tolerantlıq baxımından nümunə olduğunu deyən Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi ölkəmizin bu sahədə təcrübəsini yüksək dəyərləndirib.

Tədbirdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycan multikultural modelinin dünyada təbliğində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolundan bəhs olunub.

Vurğulanıb ki, multikulturalizm dövlət siyasəti kimi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.