CƏMİYYƏT


“Multikulturalizm ili”nə həsr olunmuş rəsm müsabiqəsi

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC 

Paytaxt məktəbliləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxarmaq, uşaqlara milli və dini dözümlülük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək vermək məqsədilə təşkil edilən müsabiqədə Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinin 250-dək əl işinə baxış keçirilib.

Müsabiqənin bu mərhələsinin nəticələrinə əsasən, 70, 96, 124, 125, 147, 171, 184, 189-190, 209, 265, 322 nömrəli tam orta məktəblərin şagirdləri və 24, 28, 39, 42, 46 nömrəli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin multikultural dəyərləri özündə əks etdirən rəsmləri ən yaxşı işlər kimi dəyərləndirilib və respublika mərhələsinə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.