MƏDƏNİYYƏT


“Multikulturalizm-musiqi muzeyi” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 20 iyul, Flora Şükürova, AZƏRTAC

İyulun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Multikulturalizm-musiqi muzeyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycandakı multikulturalizm ənənələri və tarixi barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, dövlət başçısının Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib, multikulturalizm dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə xüsusi dövlət institutu – millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti təsis edilib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb. Bütün bu addımlar multikulturalizm dəyərlərinin qorunmasına göstərilən dövlət qayğısının göstəricisidir.

Alla Bayramova “Multikulturalizm ili” çərçivəsində iştirak etdiyi tədbirlərdən söz açıb.

Daha sonra tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinovanın “D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, D.Şostakoviçin yaradıcılığı mövzu və janr rəngarəngliyi ilə fərqlənir. O, simfoniyalar ilə yanaşı, 15 kvartetin müəllifidir.

Sonda tədbir musiqi proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.