REGİONLAR


Multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib

A+ A

Mingəçevir, 9 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər arasında milli mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Mingəçevir Bələdiyyəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, dindarlar, eləcə də gənclər iştirak ediblər.

Konfransda Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev və başqaları çıxış edərək ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin edilməsi, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi barədə məlumat veriblər.

Natiqlər, həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu diqqətə çatdırıblar. Tədbirdə o da vurğulanıb ki, xalqımız digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşamaqla bütün dünyaya tolerantlığın Azərbaycan modelini nümayiş etdirir.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli gənclərimizin bu kimi tədbirlərdən yararlanmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, dini radikalizm ciddi bəladır. Çalışmalıyıq ki, cəmiyyətimizin bu bəlaya düçar olmaması üçün əlimizdən gələni əsirgəməyək.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.