CƏMİYYƏT


“Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda forum keçiriləcək

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

Noyabrın 21-dən 25-dək Bakıda və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda forum keçiriləcək.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyəti arasında yayılmasıdır. Eyni zamanda, Avropa mediası ilə əməkdaşlığın qurulması və Avropa elmi gəncliyi vasitəsilə təbliğat işinin daha da genişləndirilməsidir.

Gəncədə davam edəcək forumda Avropanın gənc alimlərinin və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli barədə diskussiyalar təşkil ediləcək, onlar arasında ölkəmizin tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrin problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması, Avropada çap edilməsi və digər məsələlər müzakirə ediləcək.

Forumun açılış mərasimi noyabrın 22-də Bakıda olacaq. Tədbir işini noyabrın 23-24-də Gəncə şəhərində davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.