ELM VƏ TEXNOLOGİYA


Mumiyanın baş hissəsi 3D printer vasitəsilə bərpa edilib VİDEO

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Mumiyanın baş hissəsi və üzü 3D printer vasitəsilə bərpa edilib. Bu üsulla alimlər mumiyanın aid olduğu şəxsin həyatı və ölümü haqqında daha ətraflı məlumat əldə edə biləcəklər.

AZƏRTAC “Live science” saytına istinadla xəbər verir ki, Avstraliyanın Melburn Universitetindəki kolleksiyalardan birində təsadüfən diqqəti cəlb edən mumiyalanmış kəllənin araşdırılması üçün xüsusi tədqiqat qrupu yaradılıb. Mütəxəssislər 3D printer vasitəsilə mumiyalanmış kəllənin bənzərini yaradaraq onun məxsus olduğu şəxsin yaşı, bədən quruluşu, fizioloji xüsusiyyətləri barədə yeni informasiyalar əldə ediblər. Məlum olub ki, kəllə tədqiqatçıların Meritamun adlandırdıqları, 2 min il bundan əvvəl yaşamış 25 yaşlı qadına məxsus olub. Mumiyalanmış kəllənin əsl mənşəyi məlum olmasa da, mütəxəssislər onun 1930-cu ilədək Misirdə arxeoloji işlər həyata keçirən Frederik Vud Jons adlı professora aid kolleksiyalardan birinə məxsus olduğunu güman edirlər.

Universitetin antropoloqu Varşa Pilbrou araşdırma zamanı kəllənin yuxarı hissəsinin normadan daha nazik olmasını aşkarlandığını, bunun həmin qadının kəskin anemiyadan əziyyət çəkdiyini göstərdiyini bildirib. “Anemiya və stomatoloji patalogiyalar həmin dövrdə Misir sakinləri arasında geniş yayılmışdı”, - deyə tədqiqatçı əlavə edib.

Alimlər araşdırmanın digər mumiyalara tətbiq edilməsi nəticəsində gələcəkdə müvafiq sahədə daha dəqiq məlumatların əldə edilməsi imkanının yaranacağını qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.