DÜNYA
Mun Çje İn Cənubi Koreyada prezident postuna ən populyar namizəddir
Bakı, 27 mart, AZƏRTAC
Demokratik “Toburo” partiyasının keçmiş lideri, liberal qüvvələrin nümayəndəsi Mun Çje İn ardıcıl olaraq 12 həftədir ki, Koreya Respublikasının prezidenti postuna potensial namizədlərin siyahısına başçılıq edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, “Realmeter” agentliyinin sosioloji tədqiqatın nəticələri barədə dərc etdiyi məlumatda əksini tapıb.
Sorğunun nəticəsinə əsasən, respondentlərin 34,4 faizi seçkilərdə Mun Çje İna səs verməyə hazırdır. Siyahıda ikinci yeri vətəndaşların 17,1 faizinin etimadını qazanan Çxunçxon-Namdo əyalətinin qubernatoru An Xi Çjon tutur. Üçüncü yerdə 12,6 faiz səs toplayan Xalq Partiyasının keçmiş başçısı An Çxol Su, sonrakı yerdə isə 10,2 faiz səslə Sonnam şəhərinin meri Li Çje Mön qərarlaşıb.
Sorğu martın 20-dən 25-dək ölkənin müxtəlif regionlarında 2,6 min respondentin iştirakı ilə aparılıb.
Xatırladaq ki, Koreya Respublikasında növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.