DÜNYA


Münhendə silahlı hücum nəticəsində həlak olanların üçü türkdür

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 22-də Münhendə ticarət mərkəzinə silahlı hücum nəticəsində həlak olan 10 nəfərdən üçü türkdür. Onlar 1971-ci il təvəllüdlü Sevda Dağ, 2001-ci il təvəllüdlü Can Leyla və Selçuk Kılıçdır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Türkiyə Xarici İşlər Nazirliyinin həmin şəxslərin ailələri ilə sıx əlaqədə olduğunu deyən M.Çavuşoğlu baş vermiş hadisəni dərin kədər hissi ilə qarşıladıqlarını vurğulayıb, ölənlərin yaxınlarına başsağlığı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.