CƏMİYYƏT


Münxendə yaşayan azərbaycanlılar Respublika Gününü qeyd ediblər

Bakı, 31 may, AZƏRTAC

Almaniyanın Münxen şəhərində yaşayan azərbaycanlılar 28 May - Respublika Gününə həsr olunmuş toplantı keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər bu əlamətdar gününün Azərbaycan tarixində xüsusi yeri olduğunu söyləyiblər.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb.

Çıxış edənlər 28 May - Respublika Gününün bütün dünya azərbaycanlıları üçün xüsusi əhəmiyyətə malik bir tarix olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etməsi xalqımızın bu tarixi irsə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib.

Toplantıda müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər, müstəqillik dövründə qazanılmış uğurlar barədə də məlumat verilib.

Tədbir çərçivəsində Münxen şəhərində yaşayan azərbaycanlıların təşkilatlanması ideyası barədə də geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Münxenin Avropanın və dünyanın siyasi mərkəzlərindən biri olması burada Azərbaycan həqiqətlərinin təbliği sahəsində fəaliyyətin gücləndirilməsini zərurətə çevirir.

Çıxışlarda Münxen şəhərində yaşayan soydaşlarımızın vahid təşkilatda birləşməsinin vacibliyi vurğulayıblar. Təklif olunub ki, bu ideyanı həyata keçirmək məqsədilə Münxen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təsis edilməsi məqsədilə təşəbbüs qrupu formalaşdırılsın.

Toplantıda yaradılacaq təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.