ELM VƏ TƏHSİL
Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri araşdırılacaq
Bakı, 30 mart, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, konfransın plenar iclasında “Nazim Hikmət və Rəsul Rza yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi əlaqələri kontekstində”, “Azərbaycan teatrı: Şərq və Qərb təmasları”, “Şərq və Qərb təmasları üzərindəki “büllur saray”, “Cəfər Cabbarlının satirik şeirlərində İran mövzusu”, “Şərqlə Qərbin təmas xəttində” və digər mövzularda məruzələr dinləniləcək.
Konfransın işi “Mədəniyyətlərin dialoqu: Şərq və Qərb təmasları”, “Bədii tərcümə ədəbiyyatların inteqrasiyasının əsas amili kimi”, “Şərq-Qərb dixotomiyası kulturoloji kontekstdə” bölmələri üzrə təşkil olunacaq.