MƏDƏNİYYƏT


“Müqəddəs inək” filminin premyerası olacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Müqəddəs inək” filminin premyerası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru İmam Həsənov, quruluşçu operatoru Sərvər Cavadov, prodüserləri Andra Popesku, Veronika Janatkova və Stefan Kloosdur.

Filmdəki hadisələr Avropadan cins inək alıb kəndə gətirmək istəyən bir nəfərin bu arzusuna qarşı başlanan söz-söhbət ətrafında cərəyan edir.

Qeyd edək ki, film artıq bir neçə beynəlxalq festivalda nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.