MƏDƏNİYYƏT


“Müqəddəs inək” filminin premyerası olub

A+ A

Bakı, 19 oktyabr, Flora Şükürova, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində “Müqəddəs inək” filminin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru İmam Həsənov, quruluşçu operatoru Sərvər Cavadov, prodüserləri Andra Popesku, Veronika Janatkova və Stefan Kloosdur.

Əvvəlcə rejissor İman Həsənov filmin təqdimat mərasiminə gələnləri salamlayıb və ekran əsəri haqqında qısaca məlumat verib.

Sonra film təqdim olunub.

Filmdəki hadisələr Avropadan cins inək alıb kəndə gətirmək istəyən bir nəfərin bu arzusuna qarşı başlanan söz-söhbət ətrafında cərəyan edir. "Müqəddəs inək" filmi müasir Azərbaycan kənd həyatından və sakinlərin mentalitetindən bəhs edir.

Sonda filmin yaradıcı heyəti tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.