İDMAN


Murad Ağarzayev: İlk dəfədir qələbə sevinci yaşayıram

Bakı, 16 may, AZƏRTAC 

İlk dəfədir qələbə sevinci yaşayıram. Artıq neçənci dəfədir ki, finala qədər gəlirəm, lakin heç bir medal qazanmıram. Bu gün ilk dəfə o sevinci yaşadım.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazandıqdan sonra AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Çıxışından razı qalmadığını bildirən gimnast deyib: “Turnikdə ən çətin hərəkətləri etdikdən sonra ən sadəsində çaşdım. Bununla da özümə nəticə çıxardım ki, idmançı son anadək arxayınlaşmamalıdır. Çıxışını bitirənədək yarışma məsuliyyətini hiss etməlisən”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.