MƏDƏNİYYƏT
Murad Məmmədovun uğurunun xəritəsi VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da "Bank of Baku"nun "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin iştirakçısı Murad Məmmədovun "Uğurun xəritəsi" adlı ilk kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabda "Cəhdləriniz ətrafdakıların fikirlərindən daha önəmli və etibarlıdır", "Hədəf və məqsədlərə çatmağın planlaması", "Özünə inamı artırmağın 4 üsulu", "Möhtəşəm ikilik: vərdiş və özünü məcburetmə" və digər mövzular yer alıb.
Müəllif bildirib ki, kitab altı ayda ərsəyə gəlib. Məqsəd insanlara, xüsusən də fiziki qüsurlu gənclərə nə dərəcədə güclü bir varlıq olduqlarını xatırlatmaqdır.
Kitab "Bank of Baku"nun maliyyə dəstəyi ilə nəşr olunub. "XAN" nəşriyyatında çap olunan kitabın redaktoru Aynur Zərrintacdır.
Qeyd edək ki, M.Məmmədov bankın əməkdaşı olmaqla yanaşı, BMT-nin ölkə üzrə gənclərdən ibarət məşvərət şurasının üzvüdür.