ELM VƏ TEXNOLOGİYA


Mürəkkəb əməliyyatları yerinə yetirən robot-cərrah yaradılıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Karneqi Mellon Universitetinin professoru Xouvi Çouzetanın rəhbərliyi ilə çalışan mühəndis və həkimlər qrupu tərəfindən qeyri-adi robot-cərrah yaradılıb. Belə ki, robot bədəndə hər hansı kəsik etmədən kifayət qədər mürəkkəb cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir.

AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, “The Flex Robotic System” (“TFRC”) adlanan yeni ixtira yüksək təsvir ölçüsünə malik kamera və elastik zond formasındadır. İdarəetmə kontrollerin köməyi ilə həyata keçirilir. Robot toxumaları tutmaq, kəsmək üçün müxtəlif alətlərə, həm cərrah bıçağı, həm də qanaxmanı dayandırmaq üçün koaqulyator kimi istifadə edilən lazerə malikdir. Bundan başqa, robot orqanizmdən toxumaları, mayeni çıxarmaq, həmçinin analiz üçün müxtəlif nümunələr götürmək iqtidarındadır. Robot narkoz altında olan pasiyentin ağzı vasitəsilə insan bədəninə nüfuz edir.

İstehsalçılar bildiriblər ki, qurğunun prototipi hələ 2004-cü ildə hazırlanıb və layihənin tam reallaşmasına 10 ildən çox vaxt sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.