SİYASƏT


Murmansk Azərbaycan mədəniyyəti ilə tanış olur

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Murmansk vilayətinin Rusiya Bədii Muzeyi “Ümumrusiya Azərbaycan Konqresi” İctimai Birliyinin regional bölməsi ilə birlikdə “Gücümüz – birlikdədir” adlı sərgi keçirib. Ekspozisiya “Bizi Murmansk birləşdirdi” layihəsi çərçivəsində hazırlanıb.

Ümumrusiya Azərbaycan Konqresi Murmansk vilayət bölməsinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, sərgidə Azərbaycanın milli geyimlərində kuklalar, musiqi alətləri və məişət əşyaları təqdim edilib.

Sərginin seyrçiləri, həmçinin Rusiya və Azərbaycanın dostluq tarixinə dair kitablar, müstəqil Azərbaycanın inkişafının mühüm hadisələri haqqında “Heydər Əliyev barədə teleqraf mətni ilə” unikal nəşri, Azərbaycan dilini öyrənmək istəyənlər üçün dərslik, ölkəmizin jurnal və qəzetləri, eləcə də həmvətənlərimizin həyatına aid AZƏRTAC-ın materialları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.