SİYASƏT


Murmansk şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Murmansk Vilayət İctimai Palatası yanında millətlər və dini konfessiyaların işləri üzrə şuranın səyyar iclası keçirilib.

“Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) İctimai Birliyi Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, iclasın mövzusu ÜAK-ın Murmansk bölməsinin fəaliyyəti ilə bağlı olub.

İctimai Birliyin regional bölməsinin sədri, Murmansk Vilayət İctimai Palatasının üzvü Afil Hüseynov bildirib ki, qurum Azərbaycandan gələn hər kəsə kömək etməyə çalışır. Vilayətdə sabit vəziyyət hökm sürür, etnik zəmində heç bir münaqişə müşahidə edilməyib. ÜAK-ın regional bölməsi digər milli-mədəni təşkilatlarla uğurla əməkdaşlıq edir və vilayət tədbirlərinə qatılır. Gələcəkdə Murmansk şəhərinin Sverdlov küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.