MƏDƏNİYYƏT
Murmansk uşaq teatrı Türkiyənin Müstəqillik Günü bayramında iştirak edəcək
Murmansk, 26 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Murmansk uşaq teatr məktəbinin yetirmələri Türkiyənin Alanya şəhərində keçiriləcək Müstəqillik Günü şənliklərində iştirak edəcəklər.
“Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) İctimai Təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, bayram tədbirlərində Litva, Latviya, Polşa və Finlandiyanın nümayəndələri də iştirak edəcəklər. Uşaqlar 5 gün Türkiyədə olacaqlar.
Uşaq teatr məktəbinin direktoru Svetlana Astaşenkova çıxışlarının əsasını dostluq və Murmansk şəhəri haqqında mahnılar təşkil etdiyini bildirib.
Xatırladırıq ki, bu yaxınlarda Murmansk ilə Türkiyənin Alanya şəhəri arasında qardaşlaşma əlaqələri haqqında müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]