DÜNYA
Murmansk vilayətində bəyaz gecələr başlayıb
Murmansk, 4 may, AZƏRTAC
Rusiya Federasiyasının Kola yarımadasında bəyaz gecələr başlayıb. Bəyaz gecələr mayın sonunda qütb gününə keçəcək.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət bölmələrinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, mayın 2-dən etibarən üfüqdə günəş 6 dərəcədən aşağı düşməyəcək, günün işıqlı vaxtı 24 saat təşkil edəcək
Bəyaz gecələr mayın 2-dən 21-dək davam edəcək. Mayın 22-də Murmanska qütb günü qədəm qoyacaq və 2 ay davam edəcək. İyulun 22-dək günəş üfüqün arxasına keçməyəcək.
Bəyaz gecələrin ikinci dövrü iyulun 23-dən avqustun 12-dək davam edəcək. Avqustun 13-də günəş yenə də 6 dərəcə üfüqdən aşağı düşəcək və adi gündüz-gecə dəyişməsi başlayacaq.