SİYASƏT


Murmanskda Azərbaycan Milli Mədəniyyəti Günü qeyd edilib

Bakı, 12 may, AZƏRTAC

Murmansk şəhərindəki 10 nömrəli kitabxanasının informasiya-intellektual mərkəzində “Azərbaycan Milli Mədəniyyəti Günü” adlı tədbir keçirilib. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbir ÜAK-ın Murmansk vilayət bölməsi tərəfindən təşkil edilib.

Məlumatda bildirilir ki, ÜAK-ın Murmansk vilayət bölməsinin sədr müavini Hüseyn Hüseynov tədbirdə çıxış edib. H. Hüseynov təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, azərbaycanlılar regionun mədəni həyatında fəal iştirak etməyə, xalqımızın zəngin, bənzərsiz mədəniyyətini nümayiş etdirməyə çalışır, bununla da Murmansk diyarında millətlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə öz töhfələrini verirlər.

H.Hüseynov tədbirin qonaqlarını Azərbaycanın rəngarəng mədəniyyəti ilə tanış etmək üçün yaradılmış imkana görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib və gecənin fəxri qonaqlarına ÜAK-ın Murmansk Vilayət bölməsi adından xatirə hədiyyələri təqdim edib.

Tədbirin qonaqları kitabxanada təşkil edilmiş milli Azərbaycan geyimləri sərgisi ilə, habelə Azərbaycan xalqının məişətini, onun zəngin tarixi-mədəni irsini əks etdirən suvenir məhsulları ilə tanış olublar.

Milli Azərbaycan mətbəxinin ləziz nümunələri, xüsusən şirniyyat qonaqların hər birinin xoşuna gəlib.

Onu da qeyd edək ki, RAGB-nin yerli bölməsinin rəhbəri Elvira Hüseynova başda olmaqla RAGB-nin gənc fəalları tədbirin konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.