QAN YADDAŞI
Murmanskda Xocalı soyqırımına həsr edilən sərgi açılıb
Bakı, 20 fevral, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən foto və kitab sərgisi təşkil olunub.
ÜAK-ın Murmansk bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tanınmış fotoqrafların 100-dən çox işinin yer aldığı “25 il Xocalısız” adlı sərgi böyük maraqla qarşılanıb. Sərgidə, həmçinin kitablar, disklər, qəzet və jurnallar yer alıb. Sərgiyə gələnlər Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə həqiqətləri əks etdirən fotosənədlər və kitablarla tanış ola bilərlər.