REGİONLAR
Murtuzəli Hacıyev: Bu ildən Abşeron rayonunda baramaçılığın inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək VİDEO
Qax, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Azərbaycanda 130 tona yaxın barama istehsal edilməsi qarşıya hədəf olaraq qoyulub. Aparılan müşahidə və təhlillər göstərir ki, cari mövsümdə nəzərdə tutulduğundan 2-2,5 dəfə çox, yəni 250-300 ton barama istehsalı gözlənilir. Yerlərdən alınan son məlumata görə, bu günədək istehsalçılardan 80 tondan artıq yaş barama məhsulu qəbul edilib. Halbuki ötən il ölkə üzrə ümumi barama istehsalı 71 ton olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Qaxda təşkil edilən media-tur zamanı jurnalistlərə müsahibəsində deyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri bildirib ki, bu ildən Abşeron rayonunda da baramaçılığın inkişafı ilə əlaqədar tədbirlər həyata keçiriləcək. Bu, tamamilə yeni layihədir. Artıq Abşeron rayonunun kəndlərində də sakinlər baramaçılıqla məşğul olaraq öz təsərrüfatlarını genişləndirə, ailə büdcələrini artıra biləcəklər.