İDMAN


Murtuzəli Müslümov İslamiadanın sərbəst güləş yarışlarında gümüş medala sahib olub

Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Mayın 20-də Azərbaycan pəhləvanı Murtuzəli Müslümov IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında gümüş medalla kifayətlənməli olub.

AZƏRTAC xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə İran təmsilçisi Mostafa Hosseynxani ilə üz-üzə gəlib. Qarşılaşma 0:10 hesabı ilə iranlı pəhləvanın xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.