ELM VƏ TƏHSİL


Müsabiqədənkənar və vakansiyalar gizlədilməklə işə götürülən  müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək

Bakı, 17 may, AZƏRTAC

Müsabiqədənkənar və vakansiyalar gizlədilərək işə götürülən müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, nazirlik 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə və müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, həmin yerin saatları vakansiyaya çıxarılacaq.

E.Bağırov vurğulayıb ki, nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir. Cari ildə bu sistemin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Belə ki, onun əməkhaqqı hesablanma sisteminə inteqrasiyası gözlənilir. Sistem tam formalaşandan sonra neqativ hallar müşahidə olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.