MƏDƏNİYYƏT
Müsabiqənin qalib mahnılarının not albomları və audiodisklərinin təqdimatı
Oktyabrın 21-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” ümumrespublika müsabiqəsinin qalib mahnılarının not albomları və audiodisklərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, birliyin sədri İradə Yaqubova layihə müddətində görülən işin əhəmiyyətindən danışıb.
İ.Yaqubova uşaqlarımızın zövqünü oxşayan yeni mahnıların ərsəyə gəldiyini və gələcəkdə də bu istiqamətdə mərkəzin fəaliyyətini davam edəcəyini vurğulayıb. Musiqisi və sözləri əsasən həvəskarlara məxsus olan bu not albomları və audiodisklər maraqla qarşılanıb. Topluya ilk 15 yeri tutan mahnıların notları daxil edilib.
“Yeni uşaq mahnıları-2013” ümumrespublika müsabiqəsinin qalib mahnılarının not albomları və audiodisklərinin uşaq bağçalarına, məktəbəqədər tərbiyə müəssisələrinə və orta məktəblərə paylanacağı bildirilib.