İDMAN
Müşfiq İsayev xatirə turnirinin iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 14 yanvar, AZƏRTAC
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnirin iştirakçıları və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri yanvarın 14-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn yarış iştirakçıları və ictimaiyyətin nümayəndələri Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Müşfiq İsayevin xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər qoyublar.