MƏDƏNİYYƏT


“Music Band” verilişinin növbəti çəkilişi baş tutub

Bakı, 10 avqust, AZƏRTAC

Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının Heydər Əliyev Sarayı ilə birgə layihəsi olan “Music Band” verilişinin növbəti çəkilişi baş tutub.

AZƏRTAC xəbər verir ki, verilişin növbəti qonağı Xalq Artisti Ənvər Sadıqov və Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı olub. Ansamblda Ənvər Sadıqovla yanaşı, Əməkdar artistlər - caz ifaçısı Emil Əfrasiyab, tarzən Ələkbər Ələkbərov və başqaları çıxış ediblər. Ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri, kinofilmlərə yazılmış musiqilər, eləcə də xarici musiqilər səsləndirilib. Proqram tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir. Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhərimizin sakinlərinin və qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.