MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni mövsümü klassik musiqi ilə açacaq

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubu yeni mövsümün ilk tədbirini klassik musiqiyə həsr edəcək.

AZƏRTAC xəbər verir ki, tədbir sentyabrın 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq.

Əvvəlcə klassik musiqi həvəskarları klubunun gördüyü işlər və təşkil etdiyi tədbirlərin yekunları ilə bağlı videoçarx nümayiş olunacaq. Sonra tədbir Qərbi Avropa və rus bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edəcək.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir sıra müəllim və tələbəsinin, həmçinin M. Rostropoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdlərinin ifaları dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.