MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyindən AZƏRTAC-a bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib, muzeyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]