MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir uşaqlara həsr ediləcək

Bakı, 24 may, AZƏRTAC

Mayın 30-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqları müdafiə edək” adlı tədbir keçiriləcək.

Tədbir muzeyin və Bakı şəhər 30 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə AZƏRTAC-a muzeyin şöbə müdiri Xanım Abdinova məlumat verib. Tədbir çərçivəsində uşaqların cəmiyyətdəki rolu, onların hər zaman müdafiəsinin vacibliyi, habelə cəmiyyətdə uşaqlara xüsusi qayğının göstərilməsi mövzularında məruzələr dinləniləcək.

Həmçinin tədbirdə ədəbi-bədii kompozisiyalar təqdim ediləcək, uşaqların ifasında mahnı və şeirlər səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.