DÜNYA
Musiqi dünyasında sensasiya doğuran tapıntı
Praqa, 13 fevral, AZƏRTAC
Praqadakı Çexiya Musiqi Muzeyinin əməkdaşlarına V.A. Motsartın A. Salyeri ilə birlikdə yazdığı musiqi əsərini 200 ildən çox vaxt keçəndən sonra tapmaq səadəti nəsib olub. Muzeydə İtaliya şairi Lorenso da Pontenin də librettosu tapılıb. Bu barədə muzeyin əməkdaşı Şarka Doçkalova məlumat verib. O bildirib ki, muzey tapıntını qarşıdan gələn çərşənbə günü mətbuat konfransında təqdim edəcək. Motsartın məşhur “Don Juan” operasının librettosunu da Ponte yazıb. Operanın 1787-ci ildə Praqada, Soslov Teatrında baş tutan premyerasında bəstəkar özü dirijorluq edib. Bir çox Avropa ölkələri kimi, Çex Respublikası da bu il dahi Vyana bəstəkarının anadan olmasının 260 illiyi və vəfatının 225 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]
Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb
- 07.05.2024 [13:57]