MƏDƏNİYYƏT


Musiqi festivalı çərçivəsində daha bir tədbir Üzeyir Hacıbəyliyə həsr olunub

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan tədbir keçirilib.

Muzeyin direktoru Şeyla Heydərova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında danışarkən qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyətimizə əvəzsiz töhfələr verib. Onun əsərləri Azərbaycan və dünya musiqisi xəzinəsini zənginləşdirib. Ş.Heydərova dahi bəstəkarın adını daşıyan VIII Beynəlxalq Musiqi Festivalının beynəlxalq musiqi ictimaiyyəti üçün vacibliyini vurğulayıb.

Sonra beynəlxalq və milli müsabiqələrin qaliblərinin iştirakı ilə konsert keçirilib. Konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tələbələri Ü.Hacıbəyli, F. Əmirov, Q.Qarayev, T.Quliyev və digər görkəmi bəstəkarların əsərlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.