MƏDƏNİYYƏT
“Musiqi janrı” adlı musiqili kompozisiya təqdim olunub VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Musiqi janrı” adlı musiqili kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Sabirabad “ASAN xidmət” mərkəzinin könüllülərinin təşkil etdiyi konsert proqramı 18 sentyabr - Milli Musiqi Gününə həsr olunub.
Əvvəlcə milli musiqimizin zənginliyi və Milli Musiqi Gününün ölkəmizdə qeyd edilməsinin əhəmiyyətindən danışılıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar imzaladığı Fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir.
Daha sonra “ASAN” könüllülərinin ifasında bir sıra xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramı maraqla qarşılanıb.