MƏDƏNİYYƏT


Musiqi məktəbinin şagirdləri universitetdə konsert veriblər

Bakı, 25 may, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbi şagirdlərinin və “Rafig's Jazz Group”un iştrakı ilə “Retro Caz” adlı konsert keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, konsertdə musiqi məktəbinin şagirdləri Rafiq Babayevin “2 prelüd”, Vaqif Mustafazadənin “Mart”, Milan Dvorjakın “Etüd № 2”, Daniil Kramerin “Petersona ithaf”, Hans Lanqin “It’s oh so quiet”, Henri Mançininin “Moon river” və digər retro caz nümunələri ifa ediblər.

İfaçıları musiqi sənəti fakültəsinin instrumental ifaçılıq ixtisasında təhsil alan Aytən Cəbrayılova və “Rafig’s Jazz Group”u müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.