DÜNYA


Musiqi xərçəng xəstəliyinin müalicəsinə müsbət təsir göstərir

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

ABŞ-ın Filadelfiya ştatındakı Dreksel Universitetinin alimləri müəyyən ediblər ki, musiqi terapiyası xərçəng xəstəliyini sağaltmağa qabildir.

AZƏRTAC “mir24.tv” saytına istinadla xəbər verir ki, melodik musiqi dinləmə xəstənin psixoloji vəziyyətini yaxşılaşdırır, müalicəni və xəstəlikdən sonrakı bərpa prosesini sürətləndirir, habelə xərçəng xəstələrinin analgetik dərmanlara ehtiyacını azaldır.

Alimlərin apardığı tədqiqatda xərçəngdən əziyyət çəkən təxminən 3 min könüllü iştirak edib. Müxtəlif janrlarda həzin musiqiləri dinləyərkən xəstələrdə qan təzyiqinin, təngnəfəsliyin azalması və əhvallarının yaxşılaşması müşahidə edilib. Alimlərin fikrincə, musiqi insanlara xəstəlik və ümidsiz xəstə olma barədə fikirlərdən qurtulmağa kömək edir və sağalmanı tezləşdirir.

Tədqiqatın aparıcı müəllifi Couk Brədt qeyd edib ki, musiqinin xəstələrin vəziyyətinə təsirinə dair araşdırmalar hələ davam etdirilməlidir. Lakin indidən xəstəxana və sağlamlıq mərkəzlərinə xərçəng xəstələrinin müalicəsinə musiqi terapiyasını daxil etmək tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.