MƏDƏNİYYƏT


Musiqili Teatr 107-ci mövsümə “O olmasın, bu olsun”la başladı

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümünə start verib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni mövsümün ilk tamaşası dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası olub.

Tamaşanın nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı çıxış edib. O, dahi Üzeyir Hacıbəylinin yaradıcılığından, Milli Musiqi Gününün əhəmiyyətindən, Azərbaycan Dövlət Musiqili Teatrının uğurlu fəaliyyətindən, nəzərdə tutulan yeni tamaşalardan söz açıb.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası, eyni zamanda, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib. İkihissəli möhtəşəm operetta tamaşaçılara - festival iştirakçılarına, şəhərimizin qonaqlarına, əcnəbilərə ingilis dilində tərcümə sətirləri – qaçan titrlər vasitəsilə təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas rolları Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.