MƏDƏNİYYƏT


Musiqili Teatr 107-ci mövsümün ən yaxşılarını mükafatlandıracaq

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının 107-ci mövsümü yekunlaşmaq üzrədir. Mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq bir neçə ildir kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mövsümün sonunda mükafatlandırılır.

Tədbirdə “Mövsümün aktrisası”, “Mövsümün aktyoru”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Bərpa tamaşasında uğurlu rola görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün debütü - aktrisa”, “Mövsümün debütü - aktyor”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblər bəlli olacaq. Mərasimdə həmçinin “Mövsümün ən yaxşı tamaşası” elan olunacaq. Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.