MƏDƏNİYYƏT


Musiqili Teatr 107-ci mövsümün ən yaxşılarını mükafatlandırıb

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 15-də 107-ci mövsümə yekun vuracaq.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub. Ənənə halını alan tədbirdə teatrın bu mövsümündə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşları mükafatlandırılıb.

Tədbirdə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Ülviyyə Əliyeva “Mövsümün sevilən aktrisası”, Əkbər Əlizadə “Mövsümün sevilən aktyoru”, Rauf Babayev “Mövsümün perspektivli aktyoru”, Elnarə Nağdəliyeva “Mövsümün perspektivli aktrisası”, Ruslan Mürsəlov “Mövsümün ən məhsuldar aktyoru”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, Murad Əliyev “Mövsümün ən yaxşı xor artisti”, Qabil Gözəlov “Mövsümün ən işgüzar əməkdaşı”, Emil Heydərov “Mövsümün aktyoru”, Nərgiz Kərimova “Mövsümün aktrisası”, Elməddin Dadaşov “Mövsümün ən yaxşı rejissor assistenti” seçilib.

Mövsüm ərzində uğurlu debütə görə Atəş Qarayev və Aydan Həsənova mükafatlandırılıb. Gülcahan Salamova “Bərpa tamaşasında uğurlu rola görə”, Rahib Məmmədzadə, Tamerlan Əhmədov və Fatimə Hüseynova “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı”, Anar Muradov “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qalib olublar. Xalq artistləri Şükufə Yusupova “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Şəfiqə Məmmədova “Mövsüm ərzində teatrın dostu”, Afaq Bəşirqızı isə “Billur alma” mükafatına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.