MƏDƏNİYYƏT


Musiqili Teatr Lənkərana səfər edəcək

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı respublikamızın bölgələrinə və xarici ölkələrə səfərə hazırlaşır. Teatrın ölkəmizin dilbər guşələri ilə yanaşı, qardaş Türkiyədə Beynəlxalq “Dədə Qorqud” festivalına, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu silsilədən ilk tədbir mayın 31-də Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə çıxış edəcək.

Qeyd edək ki, tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.