MƏDƏNİYYƏT
Musiqili Teatr həftəsonu üçün maraqlı repertuar hazırlayıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının səhnəsində iyunun 1-də saat 19:00-da rus dilində “Qafqazlı qardaşqızı” , iyunun 2-də eyni saatda isə “Amerikalı kürəkən” tamaşaları göstəriləcək. Həmçinin teatrın yaradıcı kollektivi iyunun 3-də “Arşın mal alan” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Tamaşalarda Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Almaz Ələsgərli, Novruz Qartal, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Yuliya Heydərova, Səmədzadə Xasıyev, Rauf Babayev, Nicat Əli, Emil Heydərov, Aydan Həsənova və başqaları iştirak edəcək.
Tamaşalara baxmaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.