MƏDƏNİYYƏT
Musiqili Teatr kollektivi Ağdama qastrola gedir
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı sabah növbəti səfərə yola düşür.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Musiqili Teatrının kollektivi iyunun 20-də cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən baş tutacaq.
Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” ikihissəli musiqili komediyası ilə çıxış edəcək. Tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Novruz Qartal, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Elçin İmanov, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.