MƏDƏNİYYƏT


Musiqili Teatr mövsümə iyulun 17-də yekun vuracaq

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünə iyulun 17-də yekun vuracaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsüm Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə bağlanacaq. Bu səhnə əsəri teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqətlə və maraqla izlənən tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını Əməkdar Artist Şövqi Hüseynov canlandıracaq.

Sona çatmaqda olan mövsüm sənət ocağı üçün uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak edərək müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Həmçinin teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər təşkil olunub. O cümlədən, sənət ocağı ölkəmizdə baş tutan beynəlxalq səviyyəli tədbirlərə öz dəstəyini göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.