MƏDƏNİYYƏT


Musiqili Teatr oktyabr ayında maraqlı repertuarla çıxış edəcək

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün oktyabr ayı üçün repertuar planını açıqlayıb.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun”, “Baladadaşın toy hamamı”, “Toya bir gün qalmış”, “Qızıl toy”, “999-cu gecə”, “Mən dəyərəm min cavana”, “Kimdir müqəssir?”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda” və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Fransızsayağı qarnir”, “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Bir dayan, canavar!”, “Qırmızı papaq”, “Dəcəl çəpişlər”, “Yatmış gözəl və cırtdanlar” və başqa səhnə əsərlərini izləyə biləcəklər.

Oktyabrın 1-də Dövlət Musiqili Teatrında yeni mövsümün ilk premyerası keçiriləcək. Həmin gün kiçik yaşlı tamaşaçılara Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” nağıl-tamaşası təqdim olunacaq.

Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.