MƏDƏNİYYƏT


Musiqili Teatrda 107-ci mövsümün ilk premyerası olacaq

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-də Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunacaq.

Yeni səhnə əsərinin əsas məqsədlərindən biri uşaqlarda mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xətti olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.

Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır.

Rolları gənc aktyorlar Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.