MƏDƏNİYYƏT


Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş olunacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, söhbət oktyabrın 14-ü, 15-i və 16-da tamaşaçılara təqdim olunacaq “Fransızsayağı qarnir”, “Baladadaşın toy hamamı”, “Yağış göbələyinin macərası”, “999-cu gecə” və A.Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşalarından gedir. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, oktyabrın 14-də “Fransızsayağı qarnir” əsəri böyüklər, oktyabrın 15-də “Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Yatmış gözəl və cırtdanlar” əsəri oktyabrın 16-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.