MƏDƏNİYYƏT
Musiqili Teatrda mövsümün ilk premyerası olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında yeni mövsümün ilk premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunub.
İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları nankor qonşularımız ermənilər tərəfindən işğal edilib. Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlının qarşısında duran ən ümdə vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. “Meşə çaqqalsız olmaz” tamaşasının əsas məqsədlərindən biri də balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xəttinə malik olan yeni səhnə əsəri dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır.
Rolları gənc aktyorlar Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]