MƏDƏNİYYƏT


Musiqili Teatrın Baladadaşı İranda filmə çəkilir

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanıdığı, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İranın “Günəşfilm” studiyasında istehsal olunacaq və şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammetrajlı bədii filmdə Əmrah Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən biri olan Ali Abdalidir.

Artıq filmin çəkilişlərinə start verilib. Əmrah Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.