MƏDƏNİYYƏT
Musiqili Teatrın aktyorları “11 B - bilik günü”ndə
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkilib.
AZƏRTAC xəbər verir ki, “11 B - bilik günü” adlı filmdə teatrın iki aktyoru - Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıb. Komediya janrında çəkilən ekran əsərində Məhərrəm Qurbanov Lenin obrazını, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb.
Filmdə sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub.
Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elnur Axundov, quruluşçu rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınmış simaları - Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili və başqaları çəkiliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]