MƏDƏNİYYƏT


Musiqili gecədə bəstəkarın əsərləri sələndiriləcək

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri, Xalq Artisti, bəstəkar Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş musiqili gecə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Ötən illərin nəğmələri” adlı gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasındakı xidmətlərindən və sənət fəaliyyətindən söz açılacaq. Tədbir respublikanın tanınmış ifaçılarının konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Baletdən başqa bütün musiqi janrlarına müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans və müxtəlif səpkili instrumental əsərin müəllifi kimi tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.