MƏDƏNİYYƏT


Musiqili gecədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Bakı, 3 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gerçəkləşən musiqili gecə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.